Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələri ilk dəfə İran ərazisindəki hədəflərə qarşı hərbi əməliyyat keçirib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” (Channel 12) televiziya kanalı məlumat yayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başlatdığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.