"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 27-ci turu çərçivəsində üzləşdikləri "Atletik"lə oyunu (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" alman çalışdırıcının dediklərini belə çatdırıb:
"Əlbəttə ki, mən həmişə oyunçularla fəxr edirəm, amma xüsusilə komandadakı bu xüsusi atmosferi və onların necə birləşdiyini, mühiti, hər şeyin sadəcə fantastik olduğunu yüksək qiymətləndirirəm. Bu gün aydın idi ki, bu möhtəşəm stadionda möhtəşəm azarkeşləri olan böyük bir komandaya qarşı qalib gəlmək çətin olacaq. Burada qalib gəlmək möhtəşəmdir.
Ferran Torres? Hazırda onda özünəinam çatışmır, amma biz bunun üzərində işləyirik. O, yaxşı formadadır, sürətlidir. Sadəcə, hazırda bir az bəxtsizliklə üzləşib. Amma ona kömək edə biləcəymi düşünürəm”.
"Atletik"lə matçın yeganə qolunu 68-ci dəqiqədə Lamin Yamal vurub.
"Barselona" 27 oyundan sonra 67 xalla La Liqaya liderlik edir və "Real Madrid"dən dörd xal geri qalır.