“Münaqişə başlamazdan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, Vaşinqton müdaxilə etməsə belə, İsrail İrana hücum etməyə hazırlaşır”.
Turkustan.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti rəsmilərə istinadən məlumat yayıb.
“Baş nazir İsrailin ABŞ-ın iştirakı ilə və ya iştirakı olmadan İrana zərbə endirməyə hazır olacağını bildirib. Lakin o həm də, Trampın əməliyyatı təsdiqləməsini istəyib”, – deyə nəşr bildirib.
Qəzet xatırladıb ki, Netanyahu dekabr və fevral aylarında Ağ Evə səfərləri zamanı Trampı İranla müharibəyə girməyə sövq etmişdi.
Fevralın sonlarında o, ABŞ prezidentinə İsrailin 28 fevralda Ayətullah Əli Xamenei və onun ətrafındakıların dəqiq yeri barədə məlumata malik olduğunu bildirmişdi. Yalnız bundan sonra Tramp İsrail əməliyyatını dəstəkləmək qərarına gəlmişdi./Globalinfo.az