AZ

Lənkəranda “VAZ” qaz borusuna çırpıldı Sürücü xəsarət aldı+Foto

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Siyavar kənd sakini 1963-cü il təvəllüdlü Vaqif Heydərovun idarə etdiyi “VAZ-2104” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq evlərdən birinin hasarına və qaz borusuna çırpılıb.

Qəza nəticəsində  ağır bədən xəsarətləri alan V. Heydərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onun müalicəsi müvafiq şöbədə davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
3
qafqazinfo.az

3Mənbələr