ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Mercedes" komandası "Formula-1"in 2026-cı il mövsümünə Avstraliya Qran-prisində maksimum nəticə ilə başlayıb. Corc Rassell yarışın qalibi olub, Andrea Kimi Antonelli isə ikinci yeri tutub.
Oxu.Az sports.ru-ya istinadən xəbər verir ki, Almaniya komandası bununla tarixində 61-ci "dubl"unu əldə edib. Bu, həm də 2024-cü ildə keçirilən Las-Veqas Qran-prisindən sonra "Mercedes" üçün ilk belə nəticədir.
Həmin yarışda Corc Rassell birinci, Lyuis Hemilton isə ikinci olmuşdu. Qeyd edək ki, Hemilton 2025-ci ildə "Ferrari" komandasına keçib.
"Mercedes" komandası 1955-ci ildən bəri ilk dəfədir ki, Lyuis Hemiltonun iştirakı olmadan yarışda ilk iki yeri tutmağı bacarıb.
1954-1955-ci illərdə komanda Xuan-Manuel Fanxio, Karl Klinq, Stirlinq Moss və Pyero Tariffinin çıxışları sayəsində beş "dubl" qazanmışdı.
"Mercedes"in hesabında 2014-2024-cü illər ərzində Lyuis Hemiltonun iştirakı ilə əldə edilən 55 "dubl" da yer alır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.