AZ

Kaşkilyadan “Şamaxı”ya ittiham: “Onlar çox qayda pozuntusuna yol verirdilər”

Azərbaycan Premyer Liqasının 23-cü turunda “İmişli” səfərdə “Şamaxı” ilə qolsuz bərabərə qalıb.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya oyunu dəyərləndirərkən rəqib komandanı da ittiham edib:

“Çox mübarizəli oyun getdi. Bilirdik ki, “Şamaxı” uzun ötürmələrə üstünlük verir, buna hazır idik. Oyun çox sərt keçdi. Son 30 dəqiqədə biz daha çox hücuma keçdik ki, qol vuraq. Şanslarımız var idi. Amma dəyərləndirə bilmədik.

“Şamaxı” yenə də çox qayda pozuntusuna yol verirdi. Baş hakim də buna imkan verirdi. Çox hallarda onların çox sərt oynamasına imkan yaradırdı. Biz isə  oyunun tempini yüksək tutmağa çalışırdıq. Lakin qayda pozuntuları öz təsirini göstərirdi,rəqib sürəti aşağı salırdı. Hakimlərdən bunun qarşısını daha effektiv alacağını gözləyirdik. Baş vermədi. Biz isə sonlara yaxın daha yaxşı oynadıq, epizodlarımız var idi. Heç-heçə oynadıq, pis nəticə deyil. Amma bu nəticə ilə razı deyilik, Şamaxıya qələbə üçün gəlmişdik”.

Seçilən
113
msport.az

1Mənbələr