AZ

Çin də müharibəyə qoşulur? Gizli əməliyyatlar ifşa oldu

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

İranın "Şabdis" və "Barzin" gəmilərinin Çin sahillərindən ballistik raketlərin istehsalı üçün lazım olan kimyəvi maddələrlə yüklənərək yola düşdüyü bildirilir.Demokrat.az xəbər verir ki, "The Washington Post" qəzetinin peyk görüntülərinə istinadən yaydığı məlumata görə, sözügedən gəmilər Çinin Çjuhay şəhərindəki Qaoalan limanında lövbər salıb.Ekspertlərin qənaətinə görə, bu liman raket yanacağının əsas tərkib hissəsi hesab edilən natrium-perxloratın daşınması üçün istifadə olunur. Məhz bu maddənin İranın raket proqramının inkişafında kritik rol oynadığı qeyd edilir. Gəmilərin son ünvanının İranın Bəndər-Abbas limanı olduğu ehtimal edilir.Beynəlxalq müşahidəçilər hesab edir ki, bu addım Çinin xarici siyasətində ciddi dəyişikliyin göstəricisi ola bilər. Pekin indiyədək Yaxın Şərqdəki gərginliklərdən uzaq durmağa və Vaşinqtonla birbaşa qarşıdurmaya səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çalışıb.Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi daha əvvəl ölkəsinin Rusiya və Çindən siyasi və digər istiqamətlərdə dəstək aldığını təsdiqləyib. Bununla belə, rəsmi Tehran bu yardımların detalları barədə məlumat verməkdən imtina edib.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
137
8
demokrat.az

10Mənbələr