AZ

Gübrənin vətəni olan İranda müharibədir Bahalaşma olacaq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə gərginliyin artması qlobal ərzaq bazarında qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər.Demokrat.az xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzetinin məlumatına görə, İran ətrafında yaranan yeni gərginlik ərzaq istehsalında istifadə olunan gübrələrin çatışmazlığı riskini artırır. Dünya bazarına daxil olan gübrələrin təxminən 15%-i məhz bu regiondan gəlir.Qəzet vurğulayır ki, Fars körfəzi gübrə istehsalı və ixracı baxımından dünya üzrə ikinci yerdədir (14,4%), yalnız Rusiya (22,4%) bu göstəricidə öndədir. Həmçinin məhsulların böyük hissəsi Hörmüz boğazından daşınır, hazırda isə buradakı dəniz nəqliyyatının demək olar ki, dayandığı bildirilir.Əsas alıcılar ABŞ, Avstraliya, Braziliya və Hindistandır. Bir həftəlik hərbi gərginlik zamanı bəzi gübrə növlərinin qiyməti 26% artıb. Dekabr 2025-dən bəri isə karbamid və azotlu gübrələrin qiyməti 64% bahalaşıb. Enerji daşıyıcılarının qiymətinin artması ilə birləşdikdə bu, ərzaq məhsullarının qiymətinin yüksəlməsinə və xüsusilə kasıb ölkələrdə ərzağa çıxışın çətinləşməsinə səbəb olacaq.Qəzet qeyd edir ki, qlobal ərzaq təhlükəsizliyi baxımından Rusiya rolunu gücləndirə bilər, çünki dünya bazarında gübrələr üçün strateji ehtiyat yoxdur. Böyük taxıl istehsalçıları artıq Qətər və Səudiyyə Ərəbistanının gübrələrini Rusiyanın məhsulları ilə əvəzləməyi planlaşdırır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
152
demokrat.az

1Mənbələr