AZ

8 mart hədiyyəsi almağın da kişilik hormonu ilə əlaqəsi var imiş...

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kişilərin 8 Mart ərəfəsində hədiyyə seçimini son saata qədər uzatması çox vaxt etinasızlıq kimi yozulsa da, psixoloq Zoya Novoselova bunun arxasında tamamilə fərqli biokimyəvi səbəblər dayandığını bildirir. Psixoloqun fikrincə, bu davranışın kökündə “alıcı prokrastinasiyası” durur və prosesi idarə edən əsas amil testosteron hormonudur.Demokrat.az-ın məlumatına görə psixoloq qeyd edir ki, paradoksal olsa da, güc və inam rəmzi olan testosteron həm də tənqidə qarşı həssaslığı artırır. Novoselova mövzunu belə izah edir:"Əsas düşmən testosterondur. Bu, güc və inam hormonu kimi səslənsə də, tənqidə qarşı qorxunu da kəskinləşdirir ki, bu da öz növbəsində rədd edilmə qorxusu ilə sıx bağlıdır. Testosteron və yüksək rədd edilmə qorxusu birləşdikdə, hədiyyəni sonraya saxlamaq sadəcə qoruyucu bir reaksiya olur."Tədqiqatlar göstərir ki, bayram dövründə mağazalara daxil olan kişilər məhsulları nəzərdən keçirməyə adi günlərdən iki dəfə çox vaxt sərf edirlər. Lakin kişilərin beyni bu mərhələdə istənilən kimyəvi mükafatı almır. Psixoloq vurğulayır ki, kişilər üçün dopamin, yəni xoşbəxtlik hissi seçim mərhələsində deyil, məhz hədiyyə təqdim olunduqdan sonra yaranır.Qadınlar kişilərdən bu prosesdə tam iştirak gözlədiyi halda, onlar üçün əsl motivasiya yalnız son anın yaratdığı gərginlikdən sonra başlayır. Novoselovanın sözlərinə görə, məhz "deadline" təzyiqi adrenalin sistemini işə salır və kişini hərəkətə keçirir:"Kişi seçim mərhələsində özünü mükafatlandırılmış hiss etmir, ona nəticə lazımdır. Son anın yaratdığı süni stress isə adrenalini işə salır. Beləliklə, son dəqiqədə seçim etmək onlar üçün həm sürətli, həm də təhlükəsiz üsula çevrilir."Görünür, bayram günü mağazalarda müşahidə olunan tələsik alış-verişlər kişilərin məsuliyyətsizliyindən deyil, onların orqanizminin gərgin anlarda necə işləməsindən irəli gəlir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
144
demokrat.az

1Mənbələr