BAKI, 8 mart. TELEQRAF
Oman İsrail və ABŞ-nin İrana qarşı hərəkətlərini qanunsuz və qeyri-əxlaqi adlandırıb, eyni zamanda Tehranın qonşu ərəb ölkələrinə cavab zərbələrini də qəbuledilməz hesab edib.
Teleqraf xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr əl-Busaidi sosial şəbəkədə paylaşımında bildirib.
Nazir qeyd edib ki, İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi addımlar həm qeyri-əxlaqi, həm də beynəlxalq hüquqa ziddir. Bununla yanaşı, İranın regiondakı qonşu ərəb ölkələrinə cavab zərbələri endirməsi də qəbuledilməzdir.
Bədr əl-Busaidi Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin onlayn görüşündən sonra tərəfləri atəşkəsə və diplomatik danışıqların təcili bərpasına çağırıb.