İran səmasında Amerikanın "B-2 Spirit" strateji bombardmançı təyyarəsi müşahidə edilib .
Musavat.com xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.
"Northrop B-2 Spirit" həm ənənəvi, həm də nüvə silahları daşıya bilən Amerika çoxməqsədli strateji bombardmançı təyyarəsidir.
Təyyarə gizli texnologiyadan istifadə edir və bu da onu radar üçün faktiki olaraq görünməz edir.
"B-2 Spirit" sərbəst düşən bombalardan istifadə edərək düşmən ərazisindəki strateji hədəfləri vurmaq üçün hazırlanmışdır.
Musavat.com