“Mançester Siti”nin transfer planlarında maraqlı variant yer alıb.
Fanat.Az xəbər verir ki, İngiltərə çempionu “Borussiya Dortmund”da çıxış edən Feliks Nmeçanı yenidən heyətinə qatmağı nəzərdən keçirir.
Bildirilir ki, “şəhərlilər” bu transferi “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersona alternativ variant kimi qiymətləndirir. 25 yaşlı Almaniya millisinin üzvü bu mövsüm “Borussiya Dortmund”un heyətində uğurlu çıxışı ilə diqqət çəkib.
Nmeça daha əvvəl “Mançester Siti”nin sistemində çıxış edib və klub onun inkişafını yaxından izləyir. İngiltərə təmsilçisi yay transfer dövründə bu variantı daha ciddi şəkildə nəzərdən keçirə bilər.