AZ

Amerikano qəhvəsinin adı dəyişdirilsin Lukaşenko

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədəki restoranlardan birində qəribə təşəbbüslə çıxış edib. O, menyularda yer alan "amerikano" qəhvəsinin adının dəyişdirilməsini və "belarus" qəhvəsi adlandırılmasını təklif edib.Demokrat.az xəbər verir ki, "Pul Pervogo" Telegram kanalı tərəfindən yayımlanan görüntülərdə dövlət başçısının bu qərarı səsləndirdiyi əks olunub. Lukaşenko yeni adın dərhal istifadəyə verilməsini, lakin keçid dövründə insanların öyrəşməsi üçün mötərizədə köhnə adın da qeyd edilməsinin vacibliyini vurğulayıb.Qəhvəni şərti olaraq "zərərli" adlandıran prezident, özünün bu içkiyə xüsusi marağının olmadığını etiraf edib. O, yalnız lazım gəldikdə, yorğunluğu aradan qaldırmaq məqsədilə kiçik dozalarda kofein qəbul etdiyini bildirib.Səfər zamanı McDonald's şəbəkəsinin ölkədən getməsindən sonra fəaliyyətə başlayan yerli restoranları da nəzərdən keçirən prezident, jurnalistlərlə birlikdə burqer yeyib. O, amerikalı tərəfdaşlarına yerli ictimai iaşə sektorunun uğurlu işini göstərməyi tövsiyə edib.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
136
demokrat.az

1Mənbələr