AZ

Osloda ABŞ səfirliyinin yaxınlığında PARTLAYIŞ - Terror EHTİMALI

Norveç polisi paytaxt Osloda ABŞ səfirliyinin yaxınlığında baş verən partlayışın ehtimal ki, terror aktı olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Norveç polisi və Frode Larsen-in rəhbərlik etdiyi birləşdirilmiş istintaq-kəşfiyyat bölməsi açıqlama verib.

Larsen Norveçin ictimai yayımçısı NRK-yə müsahibəsində bildirib: “Bir ehtimal odur ki, bu, terror aktıdır, amma biz bununla kifayətlənmirik. Hər hansı digər səbəblərin də ola biləcəyini nəzərə almalıyıq.”

Hazırda hüquq-mühafizə orqanları partlayışı törədən şəxsi tutmaq və ya identifikasiya etməkdə çətinlik çəkir. Polisi məlumatına görə, hələ heç bir şəxs saxlanılmayıb.

Musavat.com

 

Seçilən
132
musavat.com

1Mənbələr