AZ

"Klub rəhbərliyinin göstərişi ilə futbolçular cərimə olunacaqlar" -Andrey Demçenko

Misli Premyer Liqasında XXIII turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan" səfərdə "Qarabağ"ın qonağı olub. Meydan sahibləri böyükhesablı qələbəyə seviniblər (6:0).

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Andrey Demçenko fikirlərini jurnalistlərlə bölüşüb:

"Qarabağ"ı təbrik edirəm, bu gün yaxşı oynadı. Hər bir komanda rəqib imkan verdiyi qədər oynayır. Biz onlara istədiklərini etməyə imkan verdik. Əslində oyun tapşırığı belə idi ki, pressinq edək, rəqibi daha çox topsuz saxlayaq. Bunu da komanda şəklində etmək lazımdır, kimsə öz işini zəif görürsə, axsama olur, istədiyini reallaşdıra bilmirsən. Birinci qolda qapıçımız kobud səhvə yol verdi. Halbuki topu tutmalı idi, amma biz rəqibə özgüvən vermiş olduq. Bugünkü oyuna və nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. Onlar buna layiq deyildilər. Sanki oyunçuların bir qrupu meydanda gəzirdilər. Halbuki uğur qazanmaq üçün bütün futbolçular can yandırmalı idi. Bu nəticənin qeydə alınmasında məşqçilərin də payı var.

Əlbəttə, müəyyən tədbirlər görüləcək. Klub rəhbərliyinin göstərişi ilə futbolçular cərimə olunacaqlar.

Bugünkü nəticədən və oyundan sonra qarşıdakı 2 matça köklənmək çətin olacaq. Çalışacağıq ki, komandanı həmin matçlara kökləyək".

Seçilən
110
fanat.az

1Mənbələr