AZ

“Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil” – Andrey Demçenko 

“Araz Naxçıvan”ın Azərbaycan Premyer Liqasının növbəti turunda “Qarabağ”a böyük hesabla məğlub olub – 0:6.

İdmanxeber.az-ın məlumatına görə, matçın ardından Naxçıvan klubunun baş məşqçisi Andrey Demçenko matçı belə şərh edib:

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı oynadılar, layiqli qalibiyyət əldə etdilər. Hər bir komanda rəqibin ona verdiyi imkanlar qədər oynayır. Futbolçularım “Qarabağ”a imkan verdilər ki, onlar meydanda hər şeyi etsinlər. Bu oyunda fikrimiz başqa idi. “Qarabağ”a daha çox pressinq edib, futbolçulara yaxın oynayıb, onları topsuz saxlamaq istəyirdik. Pressinq komanda oyunudur. Hansısa oyunçu pressinq etməyəndə, bütün kollektivə təsir edir. Buraxdığımız ilk qol bizə çox təsir etdi. Qapıçımız səhv etdi, penaltidən əvvəl qapıçımız önə çıxaraq topu götürməli idi. Belə hal baş verirsə, rəqibə daha çox özgüvən verirsiz və nəticə də belə olur. Bu cür oyuna görə azarkeşlərimizdən üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbolda 11 nəfər yox, bütün komanda oynayır. Bu gün oyunda bizdə 2 qrup var idi, bir qrup oyunu istəyirdi, digəri istəmirdi. Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil. Məşqçilər korpusunun da səhvi var”.

Seçilən
114
idmanxeber.az

1Mənbələr