AZ

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub. 

QHT,az xəbər verir ki, səfirlik bununl abağlı paylaşım edib:

“Siz Azərbaycanda olduğum müddətdə mənim üçün daim ilham və müsbət enerji mənbəyi olmusunuz. İstər qadın hüquqlarını müdafiə edərkən, istər icmalarınızda bərabərliyi təşviq edərkən – onlayn və ya oflayn – yaxud da müxtəlif sahələrdə öz nümunənizlə liderlik edərkən, hamınızın Beynəlxalq Qadınlar Gününü ürəkdən təbrik edirəm.” — Səfir Fergus Auld

Biz Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün səfirliyin dostları və tərəfdaşları ilə bir araya gəlməkdən böyük məmnunluq duyduq. 

Birləşmiş Krallıq dünyanın hər yerində qadın və qızların hüquqlarının və bərabərliyinin təşviqinə sadiqdir. Biz əldə olunmuş nailiyyətlərin geriyə çevrilməsinə qarşı qətiyyətlə çıxış edəcək, tərəfdaşlarla əməkdaşlıq edərək qadın və qızların liderlik etməsini dəstəkləyəcəyik.

 

Seçilən
116
qht.az

1Mənbələr