AZ

Qadın sürücü qəza törətdi, yaralananlar var

Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
102
1
nocomment.az

10Mənbələr