Kamçatka sahillərinin cənub-şərqində zəlzələlər qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib.
Mütəxəssislərin məlumatına görə, 6,5 bal gücündə zəlzələ regionun paytaxtı Petropavlovsk-Kaçqaladan 237 kilometr cənub-şərqdə baş verib. Zəlzələnin dərinliyi 48 kilometr olub.