AZ

Çinlilərin özləri çin maşınını bəyənmir FAKT

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çin avtomobil istehsalçıları ilk dəfə olaraq daxili bazardan daha çox xaricə satış həyata keçirib. Ölkə daxilində tələbin azalması və rəqabətin kəskinləşməsi brendləri yeni bazarlar axtarmağa məcbur edir. Bu tendensiya artıq genişmiqyaslı strateji dəyişikliyə çevrilib.Demokrat.az bildirir ki, "Carscoops" portalının məlumatına görə, Çin avtomobil sənayesi daxili bazardakı artım tempinin ləngiməsi səbəbindən xarici istiqamətə üz tutub. Xüsusilə BYD şirkəti fevral ayında əlamətdar nəticəyə nail olub. İstehsalçı bir ay ərzində xaricə 100 mindən çox avtomobil göndərib ki, bu da ümumi satışların 53 faizini təşkil edir. Beləliklə, şirkətin ixracı ilk dəfə daxili satışı üstələyib.Eyni vəziyyət "Great Wall Motor" şirkətində də müşahidə olunur. Fevral ayındakı 72 min 600 ədədlik satışın 42 min 600-ü məhz ixracatın payına düşüb. İstehsalçılar uzun müddətdir əsas tələb mərkəzi olan daxili bazarda yaşanan qiymət savaşları və mənfəətin azalması fonunda xarici bazarları daha stabil qazanc yeri kimi görür."South China Morning Post" nəşrinin qeyd etdiyi statistikaya əsasən, ötən il Çindən xaricə 2,6 milyon avtomobil ixrac olunub. Bu rəqəm bir il əvvəlki göstəricidən iki dəfə çoxdur. Dövlət subsidiyalarının azalması və istehlakçıların daha ehtiyatlı davranması Çin şirkətlərini qlobal arenada möhkəmlənməyə sövq edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
105
demokrat.az

1Mənbələr