AZ

“Sevilya”dan xal itkisi

Futbol üzrə İspaniya La Liqasının 27-ci turunda “Sevilya” və "Rayo Vallekano" komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyunda hər iki tərəf çoxlu qol imkanları yaratmasa da, görüş maraqlı keçib.

13-cü dəqiqədə Sezar Aspilikueta topu cərimə meydançasına ötürüb və Akor Adams başla topu qapıya yönəldərək hesabı açıb – 1:0.

İkinci hissənin 5-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdiriblər. Alfonso Espino uzaq məsafədən dəqiq zərbə ilə topu qapıya göndərib – 1:1.

Hər iki komanda turdan sonra turnir cədvəlində 12-ci pilləni bölüşür.

Seçilən
125
90deqiqe.az

1Mənbələr