Oman xarici işlər naziri Bədr əl-Busaidi Yaxın Şərqdə davam edən gərginliklə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, nazir ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları eyni zamanda “qeyri-əxlaqi və qanunsuz” adlandırıb.
O bildirib ki, bu cür addımlar beynəlxalq hüququn prinsiplərinə ziddir və regionda onsuz da gərgin olan vəziyyəti daha da təhlükəli mərhələyə sürükləyir.
Bədr əl-Busaidi eyni zamanda İranın qonşu ölkələrə qarşı cavab tədbirlərini də qəbuledilməz saydığını vurğulayıb. Onun sözlərinə görə, region dövlətlərinin təhlükəsizliyini risk altına atan bu addımlar ciddi narahatlıq doğurur.
Oman XİN rəhbəri bütün tərəfləri təxirəsalınmaz şəkildə gərginliyi azaltmağa, atəşkəsə nail olmağa və diplomatik danışıqları bərpa etməyə çağırıb.
Musavat.com