AZ

Ən sağlam qidalar olsalar da, köp yaradırlar

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Düzgün qidalanma rasionunda tez-tez yer alan bəzi məhsullar gözlənilməz narahatlıq yarada bilər. Həkimlər xəbərdarlıq edir ki, “sağlam” hesab olunan bəzi qidalar bağırsaqlarda qaz və köp əmələ gəlməsinə səbəb olur.Demokrat.az-ın məlumatına görə rusiyalı neyroqastroenteroloq Andrey Simakov bildirib ki, bir çox düzgün qidalanma məhsulu FODMAP adlı maddələrlə zəngindir. Bu maddələr bağırsaq bakteriyaları tərəfindən sürətlə parçalanır və nəticədə qaz yaranması, şişkinlik kimi problemlər ortaya çıxır.Ekspertin sözlərinə görə, ən tipik nümunələrdən biri avokadodur. Bu məhsul sağlam qidalanmanın simvollarından sayılsa da, tərkibində perseitol adlı şəkər spirti var və bu maddə asan fermentasiya olunur. Təxminən 60 qramdan çox avokado bəzi insanlarda köp yarada bilər.Bağırsaqlarda narahatlıq yaradan digər məşhur məhsul isə protein batonlarıdır. Həkim qeyd edir ki, bu məhsullara tez-tez inulin əlavə edilir. Inulin qida əlavələrində və sinbiotiklərdə də istifadə olunur, lakin bəzi insanlarda bağırsaq bakteriyaları üçün “qida” rolunu oynadığı üçün qaz və şişkinlik yaradır.Simakovun sözlərinə görə, eyni təsiri verə bilən digər məhsullar da var. Onların sırasında kombuça, çobanyastığı çayı, kasnı, alma, çovdar çörəyi, bal, sarımsaq və soğan göstərilir. Hətta bəzi qoz-fındıq növləri də oxşar reaksiya verə bilər. Meyvə və giləmeyvələr arasında isə qarpız, şaftalı və gavalı köp yaradan məhsullar kimi qeyd olunur.Həkim vurğulayıb ki, istiliklə emal bu maddələri məhv etmir. Məsələn, bişmiş alma həmişə daha asan həzm olunan qida sayılmır. Fermentasiya isə əksinə, bu komponentləri parçalaya bilir və buna görə alma sirkəsi adətən problem yaratmır.Andrey Simakov əlavə edib ki, hər kəs üçün eyni qadağan olunmuş məhsul siyahısı yoxdur. FODMAP maddələrinə reaksiya fərdi olur. Bəzi insanlar sarımsağa həssas ola bilər, digərləri isə heç bir narahatlıq hiss etməyə bilər. Bu səbəbdən ən doğru üsul orqanizmin reaksiyasını müşahidə etməkdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
153
demokrat.az

1Mənbələr