AZ

Almaniyada müəmmalı olay: Raket, yoxsa meteorit?

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın cənub-qərbindəki Reynland-Pfalts federal torpağında meteorit parçaları dam örtüklərinə və evlərə ziyan vurub.

Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, Hunsrük və Ayfel bölgələrindən, eləcə də Koblenz şəhərindən hadisə ilə bağlı polisə məlumatlar daxil olub.

"Bu axşam Güls şəhərinin Koblenz rayonundakı yaşayış binasının damına səma cismi dəyib. Xəsarət alan olmayıb. Bizim məlumatımıza görə, təhlükə sovuşub", - deyə bildirilib.

Qeyd edilir ki, Şimali Reyn-Vestfaliya, Hessen, Reynland-Pfalts, Saarland və Baden-Vürtemberqdən olan şahidlər hadisə barədə sosial mediada məlumatlar paylaşıblar.

Yerli sakinlər gördüklərini "qısa odlu izi olan parlaq obyekt" və ya "səmada odlu parıltı" kimi təsvir ediblər.

Raket atışı ilə bağlı da fərziyyələr də irəli sürülüb. Lakin agentlik bildirib ki, təhlükəsizlik üçün təhdid yaradan hər hansı element aşkar edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
122
axar.az

1Mənbələr