AZ

ABŞ İranın nüvə obyektlərinə ZƏRBƏ ENDİRƏCƏK – İsrail kanalı

İsrail mənbələri ABŞ-ın İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq üçün yeni hərbi əməliyyat planları hazırladığını iddia edir.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya kanalı Kan News məlumat yayıb.

Məlumata görə, Vaşinqton Tehranın nüvə təhdidini aradan qaldırmaq məqsədilə İranın əsas nüvə obyektlərinə mümkün zərbələri nəzərdən keçirir. Hədəf kimi əsasən ölkənin uranın zənginləşdirilməsi ilə bağlı infrastrukturu göstərilir.

İsrail mənbələrinin iddiasına görə, ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi variantı da gündəmdə saxlayır. Bu planların İranın nüvə proqramını tam dayandırmaq məqsədi daşıdığı bildirilir.

 

Musavat.com

Seçilən
100
50
musavat.com

10Mənbələr