“Əsas heyətdə və ya sonradan meydana daxil olmağımın heç bir fərqi yoxdur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı deyib.
O, komandaya maksimum fayda verməyə çalışdığını qeyd edib:
“Çalışıram ki, komandama fayda verim. Meydana daxil olduğum an sadəcə maksimum gücümü verməyə çalışıram.
Necə gərgin qrafikimiz olduğu hər kəsə bəlli idi. Hər oyuna hamı 100 faizini qoymalıdır ki, nəsə nəticə əldə edək.
Ona görə hələ üzərimdə işləməli olduğum məqamlar çoxdur”.