AZ

Küveyt neft istehsalını azaltmağa məcbur oldu

Yaxın Şərqdə davam edən müharibə regionun enerji sektoruna təsirini genişləndirir. İranın hücumları fonunda Küveyt neft hasilatı və emalı üzrə fəaliyyətini azaltmaq qərarı verib.

Marja.az xəbər verir ki, Küveyt Neft Şirkəti İranın ölkəyə qarşı təkrarlanan hücumları səbəbilə xam neft hasilatı və neft emalı fəaliyyətinin ehtiyat tədbiri kimi azaldıldığını açıqlayıb.

Küveytin rəsmi xəbər agentliyi KUNA-nın yaydığı məlumata görə, şirkət tərəfindən verilən açıqlamada bildirilib ki, tətbiq olunan azalma tamamilə ehtiyat tədbiri xarakteri daşıyır və vəziyyətin inkişafından asılı olaraq yenidən nəzərdən keçiriləcək.

Açıqlamada həmçinin vurğulanıb ki, şərait sabitləşərsə, istehsal səviyyəsinin əvvəlki həddə qaytarılmasına tam hazırdırlar.

Bununla yanaşı, hasilatın nə qədər azaldıldığı barədə konkret rəqəmlər açıqlanmayıb.

Enerji bazarı üzrə analitiklər bildirirlər ki, Yaxın Şərqdə müharibənin genişlənməsi və region ölkələrinin ehtiyat tədbirləri qlobal bazarda neft təklifinin azalması riskini artırır və bu da qiymətlərə əlavə təzyiq yaradır.

Seçilən
159
marja.az

1Mənbələr