İranın İsfahan şəhərindəki nüvə obyektində baş vermiş yanğın lentə alənıb.
Publika.az xəbər verir ki, hadisəni əks etdirən videonu “Operatsiya Z: Voenkori Russkoy Vesni” “Telegram” kanalı yayımlayıb.
Ötən gün İranın İsfahandakı əsas nüvə obyektlərindən birinin hücum nəticəsində ciddi zədələndiyi bildirilirdi. Raket zərbəsi martın 7-də endirilib.
ISNA agentliyinin məlumatına görə, obyektin infrastrukturuna əhəmiyyətli ziyan dəyib, lakin hələlik radiasiya sızması və ya ərazinin radioaktiv çirklənməsinə dair heç bir sübut yoxdur. ABŞ və İsrailin əlində olan kəşfiyyat məlumatlarına əsasən, İranın nüvə materiallarının əsas ehtiyatları məhz İsfahanın altındakı yeraltı komplekslərdə cəmləşib. Onların qalan hissəsi isə Fordo və Natanzdakı möhkəmləndirilmiş anbarlar arasında bölüşdürülüb.