AZ

Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. "Köhlən atlar" rəqibinə 6 cavabsız qolla qalib gəlib.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade və Kamilo Duran dubl ediblər, digər qolları isə Joni Montiel və Musa Qurbanlı vurub.

Bu nəticədən sonra xallarını 49-a çatdıran "Qarabağ" 2-ci pillədəki yerini qoruyub. "Araz-Naxçıvan" isə 33 xalla 5-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1, "İmişli" isə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib. Tura martın 10-da yekun vurulacaq.

Seçilən
56
azerbaijan-news.az

1Mənbələr