AZ

Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 23-cü turu çərçivəsində iki oyun keçiriləcək.

Günün ilk qarşılaşmasında “Zirə” - “Kəpəz”i qəbul edəcək.

İdman.Biz xəbər verir ki, oyun Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Matç saat 18:30-da başlayacaq. “Zirə” 38 xalla turnir cədvəlində dördüncü sıradadır, “Kəpəz” isə 18 xalla onuncudur.

Misli Premyer Liqası
İkinci dövrə, 23-cü tur
9 mart (bazar ertəsi)
18:30. “Zirə” - “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu.

İdman.Biz
Məqalədə:
Seçilən
90
idman.biz

1Mənbələr