AZ

Gəncədə kafe yandı - FOTOLAR

Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə Sadıllı qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində yerləşən kafelərin birində yanğın başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Kafe yanaraq kül olub. Ətrafdakı tikililər yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
103
unikal.az

1Mənbələr