AZ

İran ABŞ bazasına və diplomatik obyektinə zərbələr endirdi

İran ordusu İraqın Ərbil şəhəri yaxınlığındakı ABŞ-ın hərbi bazasına PUA və raketlərdən istifadə etməklə hücuma keçib.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Bağdad hava limanı yaxınlığındakı ABŞ-ın diplomatik obyekti də hücuma məruz qalıb.

Məlumata görə, diplomatik obyektə edilən hücum “C-RAM” hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.

Seçilən
107
1
konkret.az

3Mənbələr