SEPAH İsraildəki strateji əraziləri hədəf alan kompleks raket hücumu həyata keçirib. Bölgədəki hərbi və iqtisadi hədəflərə zərbələr endirilən əməliyyat İsrailin vacib infrastruktur obyektlərinə genişmiqyaslı ziyan dəyib və yanğınlar törənib.
Ölkə.az xarici mediaya istinadən xəbər verir ki, İsrailə edilən son raket hücumlarında Hayfa limanı da daxil olmaqla ölkənin vacib əraziləri yanğın nəticəsində faktiki olaraq məhv edilib.
Strateji əhəmiyyəti və İsrail iqtisadiyyatına əhəmiyyətli töhfələri ilə tanınan liman qurğularından əlavə, bölgənin neft emalı zavodları və elektrik stansiyaları da raketlərin hədəfinə çevrilib. Elektrik ötürücü xətlərinə dəyən ziyanla bir çox şəhər, xüsusən də Təl-Əviv qaranlığa qərq olub.
Ben Qurion hava limanının ətraf ərazisinə də çoxsaylı raketlər düşüb.
Mürtəza