AZ

Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

London Universitet Kollecinin Azərbaycan Cəmiyyəti tərəfindən Azərbaycan musiqisinə həsr olunmuş tədbir keçirilib.

Kulis.azxəbər verir ki, tədbirdə gənc bəstəkar və “Qarabağ” futbol klubunun rəsmi himninin müəllifi Rüzgar Əhmədzadə çıxış edib.

Tədbirdə Azərbaycanın aşıq və muğam musiqisi barədə məlumat verilib, bu janrlardan nümunələr dinlənilib. Həmçinin, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolu barədə danışılıb.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin tanıdılmasının əhəmiyyəti vurğulanıb və bu kimi görüşlərin tələbələr arasında mədəni dialoqun inkişafına töhfə verdiyi bildirilib.

Seçilən
66
kulis.az

1Mənbələr