Martın 4-ü-5-i aralığında keçirilən oyunlardan sonra Bizon ölkə kubokunda bütün yarımfinalçıların adına aydınlıq gəldi. Bəlli oldu ki, bu mərhələdə “Sabah” “Qarabağ”la, “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq.
“Football-plus.az” PFL-in saytına istinadla xəbər verir ki, “Qarabağ”la “Turan Tovuz” ilk oyununu evdə, cavab görüşünü səfərdə keçirəcək.
Bəs, qarşılaşmalar nə vaxt olacaq? PFL-in mövsümün əvvəlində açıqladığı təqvimə inansaq, ilk matçlar aprelin 2-də, cavab görüşləri isə 22-də keçirilməlidi.
Maraqlıdı, təqvimdə hansısa dəyişiklik olacaqmı? Yoxsa artıq oyun günləri dəqiqdi, bəllidi?
Bu suallarla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etsək də, dəqiq cavab almadıq. Qurum rəmsisi “Football-plus.az”a dəqiq tarixlərin qarşıdakı günlərdə açıqlanacağını dedi.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta