Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanada ölüb.BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib. Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.