AZ

“Komandamızda o cür xaraktersiz oyunçu yoxdur” – “Sumqayıt”ın futbolçusu

“Sumqayıt”ın qapıçısı Xəyal Fərzullayev “Karvan-Yevlax”la oyunun (1:1) ardından İdmanxeber.az saytına müsahibə verib. 

– Komanda son oyunlarda yaxşı nəticə göstərmir? Səncə, səbəb nədir?

Hər komandada yüksəliş və eniş dövrləri olur. Əsas olan toparlanmaqdır. Əlimizdən gələni edəcəyik ki, yenidən qələbələr qazanaq.

– Mövsümün əvvəlində “Sumqayıt” avrokubok zonasında idi, ancaq indi durum başqadır. Bu enişin səbəbi səncə heyət səviyyəsi ilə bağıdır?

Hələ heç nə bitməyib. Biz sona qədər mübarizə aparmalıyıq. Hər şey sonda məlum olacaq.

– Azarkeşlərin komandaya çox sərt etirazları var. Buna münasibətin nədir?

Azarkeşlərimiz hər zaman yanımızda olub — istər məğlub olanda, istərsə də qələbə qazananda. Belə azarkeşlərə yalnız qələbələr yaraşır. Tənqid etmək də onların təbii haqqıdır. Biz isə səhvlərdən və tənqidlərdən dərs çıxarıb irəli baxmalıyıq.

– “Sumqayıt” haqqında ən çox danışılan budur ki, komanda xarakter göstərmir, mübarizə aparmır. Səncə də belədirmi? Sanki bilərəkdən oynamayan futbolçular var…

Xeyr, komandamızda o cür xaraktersiz oyunçu yoxdur. Mövsümün əvvəlində də qələbələr qazanan biz idik. Sadəcə, son oyunlarda istədiyimiz nəticələri əldə edə bilmirik. Amma hər şeyin düzələcəyinə inanıram.

– Bundan sonra vəziyyət çxmaq üçün nələr edəcəksiniz? Komanda necə toparlanacaq?

Mən futbolçu olaraq bütün diqqətimi məşqlərə və oyunlara yönəldirəm və komandamızın toparlanacağına inanıram.

Seçilən
100
idmanxeber.az

1Mənbələr