AZ

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

"Unikal" AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəlini təqdim edir:

Reys    
Bakıdan qalxma    
Naxçıvandan qalxma

J2 2251 / 2252    18:00    20:00
J2 2253 / 2254    19:00    21:00
J2 2255 / 2256    20:00    22:00
J2 2257 / 2258    21:00    23:00

Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

  

Seçilən
79
16
unikal.az

10Mənbələr