AZ

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir

Bakı. Trend:

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindənetibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpaedir.

Trend bubarədə AZAL-a istinadən xəbər verir.

AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutuüzrə planlaşdırılmış uçuş cədvəli:

Reys

Bakıdan qalxma

Naxçıvandan qalxma

J2 2251 / 2252

18:00

20:00

J2 2253 / 2254

19:00

21:00

J2 2255 / 2256

20:00

22:00

J2 2257 / 2258

21:00

23:00

Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvanistiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyatakeçirilməyə davam edəcək.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərintəhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlərigörür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativşəkildə məlumatlandırılacaqlar.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsiləaviaşirkətə müraciət etmək mümkündür.

Məqalədə:
Seçilən
44
12
az.trend.az

10Mənbələr