AZ

Arvadına aldığı hədiyyəni paylaşan görməmişlər, çuşka lar... VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə etdiyi açıqlama ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə həyat yoldaşlarına aldıqları bahalı hədiyyələri sosial şəbəkələrdə nümayiş etdirən bəylərə müraciət edib. Sənətçi bu cür paylaşımların düzgün olmadığını düşünərək kişilərə belə addımlardan çəkinməyi tövsiyə edib.

Nadir Qafarzadə bildirib ki, şəxsi münasibətləri və ailədaxili hədiyyələri nümayiş etdirmək əvəzinə onları daha çox özəl saxlamaq lazımdır. Müğənni bu cür paylaşımların bəzən yanlış təəssürat yarada biləcəyini də vurğulayıb: "Görməmişlikdir, birinə alıblar, birinə yox. Hədiyyə ala bilməyən kişilər boynu bükük qalırlar". 

Sənətçinin bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun sözlərini dəstəkləsə də, digərləri fərqli fikirlər səsləndirərək mövzu ətrafında mübahisələr aparıblar.

Ətraflı videoda:

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
2
news.milli.az

3Mənbələr