AZ

Nadir Qafarzadədən bu cür paylaşım edənlərə: Görməmiş, "qıjı" və "çuşka"lar...

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə etdiyi açıqlama ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, o, "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə həyat yoldaşlarına aldıqları bahalı hədiyyələri sosial şəbəkələrdə nümayiş etdirən bəylərə müraciət edib. Müğənni bu cür paylaşımların düzgün olmadığını düşünərək kişilərə belə addımlardan çəkinməyi tövsiyə edib.

Nadir Qafarzadə bildirib ki, şəxsi münasibətləri və ailədaxili hədiyyələri nümayiş etdirmək əvəzinə onları daha çox özəl saxlamaq lazımdır. Müğənni bu cür paylaşımların bəzən yanlış təəssürat yarada biləcəyini də vurğulayıb.

O, bu cür paylaşım edənləri "qıjı" və "çuşka" adlandırıb: "Görməmişlikdir, birinə alıblar, birinə yox. Hədiyyə ala bilməyən kişilər boynu bükük qalırlar".

Seçilən
106
2
publika.az

3Mənbələr