AZ

"Mançester Siti"nin ulduzu İtaliya nəhənginə keçə bilər

"Mançester Siti"nin ulduz futbolçusunu Natan Ake karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Tribal Football" yayıb. 

Mənbənin məlumatına görə, "Milan" 31 yaşlı futbolçunun transferində maraqlıdır. "Rossoneri" ötən il Ake ilə maraqlansa da, razılaşma əldə edə bilməyib. İtaliyalılar 2025/2026 mövsümünün sonunda danışıqları bərpa etmək niyyətindədirlər. 

Natan 2020-ci ilin avqustundan bəri "şəhərlilər"də oynayır. Niderlandlı yarımmüdafiəçinin "Mançester Siti" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda bitir. Onun bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
42
2
fanat.az

3Mənbələr