AZ

“Neftçi” – “Turan Tovuz” matçına böyük maraq – Görüşə nə qədər bilet satılıb?

Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlərin görüşə marağı yüksəkdir. Qarşılaşmaya 6 minə yaxın bilet satılıb. Hazırda da bilet satışı davam edir. “Neftçi” tərəfdarları vacib görüşdə komandalarını yalnız buraxmayacaq.

Tovuz təmsilçisinin də fanatları stadionda olacaq. Bölgə təmsilçisinin təxminən minə yaxın azarkeşi komandasını qələbəyə səsləyəcək.

“Neftçi” – “Turan Tovuz” qarşılaşması bu gün saat 20:30-da start götürəcək.

Seçilən
67
idmanxeber.az

1Mənbələr