AZ

ABŞ İrana qarşı strateji qeyri-müəyyənliyi saxlayacaq — Pit Heqset

“Vaşinqton İran rəhbərliyinin ABŞ-nin hansı addımlara hazır olduğunu “təxmin edib yenidən düşünməsi” üçün strateji qeyri-müəyyənliyi qorumaq niyyətindədir”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

Nazirin sözlərinə görə, “qeyd-şərtsiz kapitulyasiya” ABŞ-nin qələbəyədək mübarizə aparacağını və münaqişənin bitməsi üçün şərtləri özü müəyyən edəcəyini ifadə edir. O qeyd edib ki, ABŞ sülhə üstünlük verir, lakin müharibə zəruri olarsa, qarşıya qoyulan məqsədlərə çatana qədər davam etdiriləcək.

Heqset həmçinin ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına endirilən zərbələrin ciddi təsir göstərdiyi barədə fikirlərini dəstəklədiyini bildirib. Bununla yanaşı, o vurğulayıb ki, bu, Tehranın nüvə proqramını inkişaf etdirməyə cəhd etməyəcəyi anlamına gəlmir.

Pentaqon rəhbəri əlavə edib ki, hazırkı strategiya Corc Buş dövründə tətbiq edilən və cəmiyyətin yenidən qurulması üçün yüz minlərlə əsgərin cəlb olunmasını nəzərdə tutan “rejim dəyişikliyi müharibələri”ndən fərqlənir. O qeyd edib ki, ABŞ-nin Əfqanıstanda olduğu kimi İranı Amerika modelinə uyğun şəkildə yenidən qurmaq planı yoxdur və bu yanaşma ABŞ cəmiyyətində də dəstək qazanmır.

Sara 

NOCOMMENT.az 

Seçilən
89
nocomment.az

1Mənbələr