AZ

Tramp ilə Starmer arasında telefon danışığı olub

Tramp ilə Starmer arasında telefon danışığı baş tutub. 

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

Britaniya hökumətinin verdiyi məlumata görə, Tramp və Starmerin telefon söhbətində iki ölkə arasındakı hərbi əməkdaşlıq, Yaxın Şərqdəki tərəfdaşların kollektiv özünümüdafiənin dəstəklənməsi istiqamətində Britaniya Kral Hərbi Hava Qüvvələrinin hərbi ləvazimatlarından istifadəsi ilə bağlı məsələlər müzakirə olunub. 

Qeyd edək ki, Tramp və Starmer arasında telefon danışığı ABŞ-Britaniya münasibətlərində son gərginlik fonunda baş tutub.

Tramp  İrana qarşı son hərbi əməliyyatlarda Britaniyanı ABŞ və İsraili dəstəkləməməkdə, Londonu birtərəf qalmaqda ittiham edib. 

Böyük Britaniyanın XİN rəhbəri Yvet Kuper Trampın tənqidinə cavab verib və bildirib ki, London hərbi məsələlərdə Vaşinqtonla sıx əlaqə saxlayır, amma Yaxın Şərqdəki Britaniya hərbi bazalarından İrana qarşı istifadə edilib-edilməyəcəyi ilə bağlı qərarın yalnız Britaniya hökumətinin mövqeyindən asılı olduğunu diqqətə çatdırıb.

Seçilən
47
cebheinfo.az

1Mənbələr