AZ

Laricani: “Müctəba Xamenei atasının yolunu davam etdirə bilər”

Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Müctəba Xameneyinin liderlik üçün hazır olduğunu və atasının yolunu davam etdirəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı, Laricani özünün “X” hesabında paylaşım edib.

“Müctəba Əli Xameneyinin məktəbində tərbiyə alıb. İnşallah, onun hüzuru xeyir və bərəkət gətirər”, – deyə, Laricani vurğulayıb.

Onun sözlərinə görə, Müctəba Xameneyi atasının təlimlərinə uyğun olaraq ölkəyə rəhbərlik edə biləcək.

“Ümid edirik ki, Müctəba Xameneyinin rəhbərliyi altında İran öz inkişaf yolunu davam etdirəcək”, – deyə, Laricani qeyd edib.

Aliyə
NOCOMMENT.az

Seçilən
64
nocomment.az

1Mənbələr