AZ

Ötən həftə 249 yanğın olub

Ötən
Ötən həftə 249 yanğın olub. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 249 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 26-sı azyaşlı olmaqla 67 nəfər xilas edilib, 3 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, avtoqəzalar nəticəsində avtomobillərdə sıxılı qalmış 2 nəfərin meyiti çıxarılaraq təhvil verilib.

Seçilən
80
12
1news.az

10Mənbələr