AZ

“ABŞ da Brüssel narahatlığı: Von der Leyen xarici siyasətdə səlahiyyətlərini aşmaqda tənqid olunur”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Avropa Birliyi (AB) diplomatları və rəsmiləri Avropa Komissiyasının sədri Ursula fon der Leyenni vəzifə səlahiyyətlərini aşmaqda və özünü AB-nin beynəlxalq arenadakı əsas nümayəndəsi kimi təqdim etməyə çalışmaqda tənqid ediblər. Bu, xüsusilə İran ətrafındakı vəziyyətdə özünü göstərib.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadla yazır.

Məlumata görə, bir neçə AB ölkəsinin diplomatı Komissiya sədri fon der Leyenin hərəkətlərindən narazılıqlarını bildiriblər. Böhran günlərinin ilk günlərində fon der Leyen Tehrandakı rejimin dəyişməsini dəstəklədiyini açıqlamış və Fars körfəzi ölkələrinin liderləri ilə ondan çox görüş keçirib. Tənqidçilər qeyd edirlər ki, bu cür hərəkətlər AB ölkələri arasında razılaşma çərçivəsini aşır. Əsas ittihamlardan biri fon der Leyenin AB-nin Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallasın funksiyalarını öz üzərinə götürməyə çalışmasıdır. Kallas ümumi xarici siyasətin koordinasiyasına cavabdehdir. “O, səlahiyyətlərinə daxil olmayan şeylər deyir”, – deyə qəzet bir Avropa diplomatının sözlərindən sitat gətirib.

Avropa Komissiyası ittihamları rədd edərək bildirib ki, fon der Lyayenin hərəkətləri onun xarici siyasət roluna uyğundur və dünya liderlərinə müraciət etmək onun vəzifələrinin bir hissəsidir. Lakin qəzet qeyd edir ki, İranın dəstəklənməsi və təşkilatın genişlənməsi kimi məsələlərdə AB ölkələri arasında vahid mövqeyin olmaması narahatlıq doğurur.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
bizimyol.info

1Mənbələr