AZ

SON DƏQİQƏ! ABŞ bunu da etdi – O ölkə ilə HƏRƏKƏTƏ KEÇDİ

Yaxın Şərqdə gərginliyin davam etdiyi bir dövrdə ABŞ və Cənubi Koreya “Freedom Shield” (Azadlıq qalxanı) adlı genişmiqyaslı birgə hərbi təlimlərə start verib.

Musavat.com xəbər verir ki, təlimlərdə təxminən 18 min Cənubi Koreya hərbçisinin iştirak etdiyi açıqlanıb.

ABŞ tərəfinin təlimlərə neçə hərbçi ilə qatıldığı isə məlum deyil.

Cənubi Koreya Baş Qərargahının məlumatına görə, martın 19-dək davam edəcək təlimlər hər iki ölkənin birgə müdafiə və əməliyyat qabiliyyətlərini gücləndirməyi hədəfləyir. Lakin təlimlərin ABŞ-nin İranla artan gərginlik yaşadığı bir vaxta təsadüf etməsi diqqət çəkib.

Cənubi Koreya mətbuatında yayılan xəbərlərə görə, Vaşinqton administrasiyası bəzi hərbi texnika və qüvvələri Koreya yarımadasından Yaxın Şərqə köçürərək İran əleyhinə əməliyyatlara dəstək verməyi planlaşdırır. ABŞ-nin Koreyadakı qüvvələri isə təhlükəsizlik səbəbilə hərbi texnikanın və qüvvələrin yerdəyişməsi ilə bağlı şərh verməkdən imtina edib.

Cənubi Koreya rəsmiləri də “Patriot” hava hücumundan müdafiə sistemləri və digər hərbi avadanlıqların Yaxın Şərqə göndərildiyi barədə yayılan xəbərləri təsdiqləməyiblər.

“Freedom Shield” təlimlərinin Şimali Koreya tərəfindən sərt reaksiya ilə qarşılanacağı gözlənilir. Pxenyan rəhbərliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini “işğal ssenarisinin məşqi” kimi qiymətləndirir. ABŞ və Cənubi Koreya isə təlimlərin yalnız müdafiə xarakteri daşıdığını bildirir.

Musavat.com

Seçilən
58
musavat.com

1Mənbələr