AZ

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb (VİDEO)

Bakı.Trend:

Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarındanbirində sərnişinin içərisində 200 manat olan pul kisəsininoğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarınınhəyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən,əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadəmüəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusdatörətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentəalınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları,şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdəehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarlaqarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumatvermələri xahiş olunur.

Məqalədə:
Seçilən
49
20
az.trend.az

10Mənbələr